Sumqayıtda qadın dəm qazından zəhərlənib
  • HADİSƏ

  • 23:03 19 Aprel 2019

Sumqayıtda qadın dəm qazından zəhərlənib

Sumqayıtda axşam saatlarında dəm qazından zəhərlənmə olub.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsində fərdi yaşayış evlərinin birində qeydə alınıb.

1963-cü il təvəllüdlü Abbasova Mətanət Abbas qızı yaşadığı evdə dəm qazından zəhərlənib.  

56 yaşlı qadın dərhal xəstəxanaya  çatdırılıb  və ona tibbi yardım  göstərilib.

Faktla bağlı  araşdırma  aparılır.
 
 

Aytən Yusifova

Teqlər: Sumqayıt dəm qazı zəhərlənmə

OXŞAR XƏBƏRLƏR