• HADİSƏ

    23:58 30 mart 2019

Sumqayıtda qadın əri tərəfindən döyülərək xəsarət alıb

Sumqayıtda döyülmə hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, 29 yaşlı qadın əri tərəfindən döyülüb.

Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. Belə ki, Çinarə Bağırova ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək xəsarət alıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından qadının vəziyyətinin qənaətbəxş olduğu və cərrahiyyə şöbəsinə yerləşdirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR