Sumqayıtda qadını vurub öldürən sürücü hadisə yerindən qaçıb
  • HADİSƏ

  • 02:19 01 Sentyabr 2019

Sumqayıtda qadını vurub öldürən sürücü hadisə yerindən qaçıb

 

 

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində Corat abidəsinin yaxınlığında qeydə alınıb. 

Belə ki, 1977-ci il təvəllüdlü Əliyeva Mənsumə Dilsuz qızını "Mercedes" markalı avtomobil vurub. Qəza nəticəsində 42 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.  

Sürücünün hadisə yerindən yayındığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR