Sumqayıtda qayınata gəlinini döyüb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb. Həmin ünvanda yaşayan, 32 yaşlı Ülviyyə Nemətova qayınatası tərəfindən döyülüb. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət gəlinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ramil Zeynallı