• HADİSƏ

    12:47 23 mart 2019

Sumqayıtda qaynaqçı iş başında ölüb

Sumqayıtda ölüm hadisəsi qeydə alınıb. ONA-nın yerli bürosunun məlumatına görə, Sumqayıtda Beton məmulatları zavodunda qaynaqçı işləyən 1960-cı il təvəllüdlü Sergeyev Sergey Nikolayeviç iş başında qəflətən dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR