• HADİSƏ

    13:03 31 may 2019

Sumqayıtda qazın verilişi müvəqqəti olaraq dayandırılıb

Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrinə maye qazın verilişi dayandırılıb.

Sumqayıt şəhər Qaz İstismarı Sahəsindən ONA-nın yerli bürosuna bildiriblər ki, şəhərin Çerkassı küçəsindən keçən qaz kəmərində qəza baş verib. Qeyd olunub ki, Ceyranbatan qəsəbəsinin bir hissəsinə, Corat qəsəbəsi, Saray, Novxanı, "Corat bağları", " Metallurq bağları", "Yaşıldərə" yaşayış massivləri, 42, 47, 48, 49, 52 və 53-cü məhəllələr, eləcə də 11, 12, 20 və 21-ci mikrorayonlara qazın verilişi dayandırılıb.

Qəza aradan qaldırıldıqdan sonra həmin ərazilərə mavi qazın verilişi bərpa ediləcək.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR