Ötən gün şəhərdə şüşə qablar istehsal edən müəssisələrin birində ölümlə nəticələnən hadisənin təfərrüatları aydın olub.
ONA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs - 1988-ci il təvəllüdlü Cəfərov Samir Ədalət oğlu polislər tərəfindən saxlanılıb.
Saxlanılan şəxs qətl törədən zamanı əlinə də xəsarət yetirib. O, polisin müşayəti ilə xəstəxanaya gətirilib, əlinə tikiş qoyulub.
İlkin məlumata görə, tərəflər arasında mübahisə söyüş üstündə düşüb. S.Cəfərov hadisəni törədərkən içkili olub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.