Sumqayıtda səhiyyə sistemində kadr dəyişikliyi olub.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahı Elçin Ələddin oğlu Quliyev 3 saylı Sumqayıt şəhər Xəstəxanasının baş həkimi təyin edilib.
Xəstəxanadan ONA-ya yeni təyinatı təsdiqləyiblər.
Ramil Zeynallı