• HADİSƏ

    10:09 26 aprel 2019

FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.

ONA nazirliyin saytına istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

02.51

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yanğın olub.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Kərim Kərimov küçəsində “barak” tipli birmərtəbəli, çoxmənzilli binada baş verib.

Ümumi sahəsi 700 m² olan taxta konstruksiyalı tikilinin 250 m² sahəsi yanıb.

Yanğın yerinə Sumqayıt Yanğından Mühafizə Qarnizonundan 4 ədəd yanğın avtomobili və canlı qüvvə cəlb edilib.

Yanğın söndürülüb, binanın qalan sahəsi və ətraf tikililər yanğından tam mühafizə olunub.

Xəsarət alan olmaylb.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR