• HADİSƏ

    18:28 27 mart 2019

Sumqayıtda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi - FOTO

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 48-ci məhəllə, ev 5 ünvanında qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 pm kabel yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər sayğaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ramil Zeynallı

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR