• HADİSƏ

    20:57 3 iyun 2019

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıt şəhərində hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

ONA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın şaxtasında qeydə alınıb. Nəticədə 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR