• HADİSƏ

    20:45 1 may 2019

Sumqayıtda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyyə edilib

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda ev 4-də baş verib. Belə ki, blokların birinin 3-cü mərtəbəsində elektrik sayğacları yerləşən qutuda 8 ədəd sayğac, elektrik açarları və 6 paqonometr kabel yanıb. Yuxarı mərtəbələrdən tüstülənmiş mənzillərdən 12 nəfər sakin təhlükəsiz əraziyə təxliyyə olunub.

Hadisə yerinə 2 ədəd yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR