Sumqayıtda yol qəzası davaya səbəb olub
  • HADİSƏ

  • 00:33 18 Aprel 2019

Sumqayıtda yol qəzası davaya səbəb olub

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, qəza şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.  

“Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

“Nissan”-nın sürücüsü 1986-cı il təvəllüdlü Məmmədova Minayə Asif qızı baş nahiyəsindən zədələnərək Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, baş verən qəzadan sonra qadın sürücünün yaxınları “Mercedes” markalı avtomobilin sürücüsü ilə mübahisə ediblər.

Tərəflər arasında yaranan mübahisə  dava ilə nəticələnib. Polisin müdaxiləsindən sonra tərəflər sakitləşdirilib.

Faktla bağlı araşdırma  aparılır.
 

Aytən Yusifova

Teqlər: Sumqayıt yol qəzası dava

OXŞAR XƏBƏRLƏR