• HADİSƏ

    19:14 24 aprel 2019

Sumqayıtda yolu keçən qadını maşın vurub

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə “Kolxoz bazarı” yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən piyada, Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Babayeva Vüsalə Əkrəm qızını maşın vurub. Xəsarət alan V.Babayeva Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR