Sumqayıt sakini iş zamanı xəsarət alıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə "Sumqayıt Texnologiyalar Parkı" MMC-də baş verib.
Orada operator işləyən 1982-ci il təvəllüdlü Niftəliyev Anar Hidayət oğlu sağ əlindən xəsarət alıb. O, xəstəxanaya aparılıb və sağ əlinin 3-cü barmağı hissəvi amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Ramil Zeynallı