Bu gün Sumqayıtda yanğın olub.
ONA-nın yerli bürosunun məlumatına görə, Aluminium zavodunun ərazisində ümumi sahəsi 1500 kvadratmetr olan köhnə anbarda yanğın baş verib.
Anbarın içərisində olan kimyəvi istehsalat və maqnezium qalıqları 150 kvadratmetr sahədə və digər sahədə yararsız taxta konstruksiyalar yanıb. Anbarın dam örtüyü və divar konstruksiyaları deformasiya uğrayaraq uçub.
Dərhal yanğın baş verən əraziyə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.