Sumqayıtda zenit top mərmisi tapılıb
  • HADİSƏ

  • 08:28 17 Oktyabr 2019

Sumqayıtda zenit top mərmisi tapılıb

 

Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)  Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən restoranın yaxınlığında mərmi tapılması barədə məlumat daxil olub.


ANAMA-dan APA-ya verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, DİN Sumqayıt şəhər Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Sumqayıt şəhər Polis İdarəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 23 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub. Mərmi zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Zenit top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 
 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR