• HADİSƏ

    18:31 27 fevral 2019

Məhkəmələrdə baxılan işlərin sayı 20%-dək azalıb

Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib.

ONA-nın xəbərinə görə, Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında bildirilib ki, 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

İclasda qeyd olunub ki, müasir məhkəmə infrastrukturunun yaradılması məqsədilə 2018-cı ildə Dünya Bankı ilə birgə Layihələr çərçivəsində və dövlət büdcəsi hesabına Bakı şəhərinin Binəqədi və Zaqatala rayon məhkəmələri üçün yeni, müasir İKT-lərlə təchiz olunmuş məhkəmə binaları inşa edilərək istifadəyə verilib. Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Suraxanı, habelə Masallı rayon məhkəmələri üçün hazırda yeni inzibati binaların inşası aparılır.

İclasda bildirilib ki, həyata keçirilən qanunvericilik tədbirləri nəticəsində məhkəmələrdə baxılan işlərin sayı 20%-dək azalıb.

İclasda o da qeyd edilib ki, görülmüş tədbirlərə baxmayaraq, məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, xüsusilə korrupsiya, süründürməçilik, vəzifədən sui-istifadə halları tam aradan qaldırılmayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR