• HADİSƏ

    20:08 26 may 2019

Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub, yaralılar var - FOTO

Bakının Sabunçu rayonunda yol qəzası olub.

ONA-nın məlumatına görə, avtoqəza Ramana qəsəbəsi ərazisində, Şuşa şəhərciyi yaşayış massivində qeydə alınıb.

"Volkswagen" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti daha ağırdır. Yaralıların xəstəxanaya çatdırılması üçün əraziyə təcili tibbi yardım maşınları cəlb olunub. Qəza nəticəsində avtomobillərə də ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib və müayinələr aparılıb. Qəzanın səbəbləri araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR