• HADİSƏ

    15:06 23 mart 2019

"Şuşa şəhərciyi"ndə üç maşın toqquşub

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

ONA-nın məlumatına görə, rayonun "Ramana-450" qəsəbəsində ("Şuşa şəhərciyi") üç minik avtomobili toqquşub.

Avtomobillərdən biri zərbənin təsirindən idarəetmədən çıxaraq yaxınlıqdan keçən xanıma dəyib.

Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis gəlib, araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR