• HADİSƏ

    14:28 22 sentyabr 2023

Şuşanın Xəlfəli kəndində traktor minaya düşüb

Sentyabrın 22-də Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

ONA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaysığı birgə məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR