• HADİSƏ

    17:31 8 aprel 2019

Taksi sürücüsünü 19 manata görə öldürən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Pərviz Məmmədov 19 il, Rahin Hüseynovla Şamil Bayramovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il mayın 8-də Bakı sakini Aydın Şıxəliyev Sumqayıtda taksi kimi istifadə etdiyi “Mercedes” markalı avtomobildə bıçaqlanaraq, qətlə yetirilib. Onu Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramovu öldürdüyü müəyyənləşib. Onların taksi sürücüsündən pul isatədikləri, hadisə zamanı sürücünün üzərində cəmi 19 manat olduğu müəyyən edilib.

Teqlər:

SON XƏBƏRLƏR