Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Xancanov azadlıqdan ömürlük məhrum edilib.
İttihama görə, ötən ilin iyulunda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Hər iki şəxs aldığı xəsarətdən ölüb.
Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb.