Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Qocayev 4 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, ötən ilin aprelində Abşeron rayonunda M. Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisədən sonra M.Qocayev hərbi xidmətə yollanıb və N saylı hərbi hissədə həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, M.Qocayev kikboksinq idman növü ilə Azərbaycan çempionu olub.