• HADİSƏ

    11:25 14 may 2019

Tanışını döyərək öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nizam Məmmədzadənin cinayət işi üzə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, N. Məmmədzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində N.Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb. N.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR