• HADİSƏ

    16:55 30 may 2019

Tanışını taxta parçası ilə döyüb öldürən keçmiş məhkuma hökm oxunub 

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Cəfərov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda əvvəllər məhkum olunmuş B. Cəfərov evində münaqişə zəminində tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR