• HADİSƏ

    11:06 19 aprel 2019

Təcridxanaya heroin keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik vasitə keçirilməyə cəhd olub.

Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən (qanunsuz olaraq narkotik vasitələri hazırlama, saxlama və satma) həbs edilmiş Rzayev Rəşad Abasağa oğlu müəssisəyə qəbul olunarkən üzərinə və əşyalarına baxış keçirilən zaman idman çantasının içərisində olan şalvarın cibində xüsusi üsulla gizlədilmiş bükülüldə 2,228 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR