• HADİSƏ

    17:39 23 aprel 2019

Bakıda təcridxanaya heroin keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.2 -ci (xuliqanlıq) maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səmədov Cavid İnqilab oğluna Bakı şəhər sakini Əliyev Elgün Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan paltarın belindəki rezinə xüsusi üsulla hopdurulmuş 0,425 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR