İran vətəndaşı Bakıda həbsdə olan qardaşına narkotik keçirmək istəyərkən saxlanılıb
  • HADİSƏ

  • 10:35 03 İyun 2019

İran vətəndaşı Bakıda həbsdə olan qardaşına narkotik keçirmək istəyərkən saxlanılıb

Bakı İstintaq təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimai əlaqələr şöbəsindən ONA-ya verilən xəbərə görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs Mustafayev Fərid Fərhad oğluna qardaşı Ağsu şəhər sakini Mustafayev Fuad Fərhad oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman soğanın içərisində gizlədilmiş 1 ədəd şəffaf selofan bükülüdə 0,183 qram limon duzu və 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,595 qram narkotik maddə “Heroin” aşkar edilib.

Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən həbs edilmiş şəxs Derakhshansaghezchi Hamdollah Mashiatollahın qardaşı İran İslam Respublikasının Astara şəhər sakini Derakhshan Mearaj Mashiatollah tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki cüt qara rəngli coraba hopdurulmuş 1,899 qram narkotik maddə “Tiryək” aşkar edilib. 

Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR