Tehranın beynəlxalq Mehrabad hava limanında sərnişin təyyarəsində baş vermiş yanğının qarşısı alınıb.
ONA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı "Iran Air" şirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində 50 sərnişin qalıb. Təxminən 50-dək sərnişin isə təyyarəni tərk edə bilib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilir ki, yanğın eniş zamanı baş verib. Hadisə nəticəsində xəsarət alanların olmadığı açıqlanıb.
***
Saat 22:46
İran paytaxtında təyyarədə yanğın olub.
ONA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Reuters" məlumat yayıb.
Təyyarənin göyərtəsində təxminən 50 nəfərin olduğu deyilir.