Balakəndə 81 yaşlı kişi intihar edib.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05 radələrində rayonun Talalar kəndində baş verib.
Kənd sakini, 1938-ci il təvəllüdlü Həmzət Vahab oğlu Əhmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Evdə tək yaşayan 81 yaşlı H.Əhmədovun intihar etməsinin səbəbləri bilinmir.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.