• HADİSƏ

    16:41 1 aprel 2019

Tərkibində güclü təsir edən maddələr olan dərman preparatı aşkarlanıb

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

ONA Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, rentgen aparatı vasitəsilə keçirilən gömrük baxışı zamanı səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, hər birində 14 həb olmaqla 22 konvolyut, ümumilikdə 308 həb "Lirika 300 mq (Preqabalin)" adlı dərman preparatı aşkarlanıb.

Qeyd edək ki, "Lirika (Preqabalin)" adlı dərman preparatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR