“İslam Dövləti” terrorçu qruplaşmasının üzvləri Suriyanın Rakka şəhərində minalanmış avtomobili partladıblar.
ONA RİA Novosti-yə istinadən xəbər verir ki, terakt nəticəsində 13 nəfər ölüb, bir neçə insan yaralanıb.
Ölənlər arasında 4 kürd döyüşçüsü var, qalanları dinc sakinlərdir.
Partlayış şəhərin Nur küçəsində “Suriya demokratik qüvvələrinin” blokpostu yaxınlığında törədilib. Ətrafdakı binalara ciddi ziyan dəyib.