Rusiya hüquq-mühafizə orqanları terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
ONA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycanın Astara rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Əliyev terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə təqsirli bilinir. Onun barəsində həbsli axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib.