Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, mayın 8-də saat 21 radələrində Tərtər rayonunun Təzəkənd kəndi ərazisində Cəmilli kənd sakini Y.Abdullazadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Nailə Bağırovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.