• HADİSƏ

    11:24 11 mart 2019

Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanılıb

Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da şəhər sakini olan bir qadının bank hesabından 3416 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Qaraqoyunlu kənd sakinləri B.Məmmədov, X.Əhmədli və bir yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR