• HADİSƏ

    19:53 8 aprel 2019

Tərtərdə mərmi tapılıb

Tərtər rayonunun, Şıxarx qəsəbəsində mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları həmin ərazidəki otlaq sahəsinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQ-42 əl qumbarası və 1 ədəd PQ-9 raketinin mühərrik hissəsi aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və raketin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR