• HADİSƏ

    12:15 1 aprel 2019

Tərtərdə avtomobillə vurulan piyada ölüb

Tərtər şəhərinin Nizami küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 31-də saat 22 radələrində Tərtər şəhərinin Nizami küçəsində şəhər sakini C.Səfərov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən həmyerlisi Vüqar Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR