Tərtər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, xəbərinə görə, hadisə rayonun Poladlı kəndində baş verib.
Yolu qarşı tərəfə keçmək istəyən Hüseynov Məhər Məhərrəm oğlu OKA markalı avtomobillə vurulub. M.Məhərrəmov yerindəcə ölüb. Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən qaçan sürücünün kimliyini araşdırır.