Tərtər rayonunda piyadanı vurararaq hadisə yerindən yayınan sürücü tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub və nəticədə hadisə yerində ölüb.
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.