Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), "Tərəqqi" medalıçısı, Prezident təqaüdçüsü, professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.
Tibb Universitetindən APA-ya verilən məlumata görə, professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib.
Qeyd edilib ki, o, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.