• HADİSƏ

    19:13 26 mart 2019

Ticarət mərkəzində yanğın zamanı 11 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

FHN əməkdaşlarından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.

* * *

Saat 12:39

Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 3 nəfər Fövqəlada Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

FHN-nin əməkdaşından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalan 5 nəfər isə tüstüdən yüngül zəhərləndiyindən onlara yerində yardım göstərilib.

Qeyd edək ki, Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub. Fövqalədə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər nazirinin müavini Oruc Zalov, Çevik Polis Alayının komandiri Səhlab Bağırov və digər rəsmi şəxslər hadisə yerində olublar.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR