Nərimanov rayonunda yerləşən ticarət mərkəzində qadın tərəfindən oğurluq hadisəsi törədilib.
APA-nın xəbərinə görə, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Quliyeva Xalidə Cəbrayıl qızı geyim dükanından 83 manat məbləğində paltar əşyaları oğurlayıb.
O, ticarət mərkəzinin mühafizəçiləri tərəfindən tutularaq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.