Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə “Binə” ticarət mərkəzində 4 nəfərə məxsus anbarlardan geyim əşyalarının oğurlanması barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakt bağlı araşdırma aparılır.