Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.
APA-nın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.
Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.
Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq.
Qeyd edək ki, T. Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.
T. Yaqublu barəsində çıxarılan hökmə etiraz olaraq aclıq edir. O, Penitensiar Xidmətin İstintaq Təcridxanasından “City Hospital” köçürülüb.
Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.