• HADİSƏ

    17:54 10 aprel 2019

“Torqovı”da restoranda yanğın olub

Bakıda restoranda yanğın olub.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsi 70 ünvanında yerləşən “Təndir & Kabab” restoranında qeydə alınıb. Restoranın havalandırma sisteminin generatorunda qısaqapanma olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR