• HADİSƏ

    11:59 19 aprel 2019

FHN “Torqovı”dakı restoranda yanğınla bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Səbail rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

ONA-nın FHN-nin saytına istinadən xəbərinə görə, üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranda 1 ədəd səsgücləndirici cihaz və stul yanıb. Restoran və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

10:10

Bakıda restoranda yanğın olub.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən “Al Furat” restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR