• HADİSƏ

    19:24 6 sentyabr 2020

Tovuz sakini Kür çayında boğulub

Tovuz rayonunda bir nəfər Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilli kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlu Kürdə boğulub.

Meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR