Tovuzda avtomobil qatarla toqquşub, xəsarət alanlar var - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 01:32 24 Yanvar 2020

Tovuzda avtomobil qatarla toqquşub, xəsarət alanlar var - FOTO

Tovuzda minik maşını qatarla toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb.

"VAZ" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmaylov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR