• HADİSƏ

    21:30 11 dekabr 2020

Tovuzda avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətə olan minik maşını ortayaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Piyadanın kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR